SON XƏBƏRLƏR

Avropa Komissiyası Ukraynanın Patriot istəyini müsbət cavablandırdı

2026.09.08, 15:39
Avropa Komissiyası Ukraynanın Patriot istəyini müsbət cavablandırdı

Avropa Komissiyası (AK) Ukraynanın 90 milyard avroluq Aİ maliyyələşdirmə proqramı vəsaitləri hesabına Patriot hava hücumundan müdafiə raketləri almaq üçün müraciətini təsdiqləyib.

Gunaz.tv

Ukrayna mətbuatı xəbər verir ki, faktiki ödəniş barədə qərar verilməzdən əvvəl satınalma müqavilələri baxılması üçün Avropa Komissiyasına təqdim edilib.

Avropa Komissiyasının sözçüsü Balaz Ujvari avqustun 25-də Brüsseldə keçirilən brifinqdə Ukraynaya 90 milyard avroluq Aİ hərbi maliyyələşdirmə proqramından istifadə edərək ABŞ-dan Patriot hava hücumundan müdafiə sistemləri almağa icazə vermədiyini açıqlamışdı. Bu, proqramın Avropa hərbi şirkətlərindən silah alışına üstünlük verməsi ilə izah olunmuşdu. Sentyabrın 1-də Ukraynanın AK-na rəsmi olaraq ümumi maliyyələşdirmənin 2 milyard avrodan çoxunu Patriot raketlərinin alınması üçün istifadə etmək üçün sorğu təqdim etdiyi açıqlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar