SON XƏBƏRLƏR

Sel təhlükəsi artır: Güney Azərbaycanda hava kəskin dəyişir

2026.09.08, 20:32
Sel təhlükəsi artır: Güney Azərbaycanda hava kəskin dəyişir

Gunaz.tv

Yeni yağıntılı hava sistemi Güney Azərbaycanın bəzi bölgələrini əhatə etdiyi bir vaxtda Ərdəbil və Rəştdə güclü yağış küçələrin su basmasına və bəzi evlərə su dolmasına səbəb olub.

Yeni yağıntılı hava sisteminin daxil olması ilə Güney Azərbaycanın bəzi bölgələrində hava şəraiti kəskin dəyişib və ayrı-ayrı ərazilərdə güclü yağış yağıb.

Ərdəbildə güclü yağış küçə və yolların su altında qalmasına səbəb olub. Məlumatlara görə, bəzi evlərə də su dolub. Rəştdə isə güclü yağış nəticəsində küçə və prospektlərdə genişmiqyaslı su basqınları baş verib və bəzi evlərə su dolub.

Bununla yanaşı, Şərqi Azərbaycan meteorologiya idarəsi əyalətin şimal və şərq bölgələrində temperaturun nəzərəçarpacaq dərəcədə aşağı düşəcəyi və leysan yağışlarının yağacağı barədə xəbərdarlıq edib. Təbrizdə də temperaturun qarşıdakı günlərdə 6 dərəcəyədək aşağı düşəcəyi gözlənilir.

Proqnozlara əsasən, Güney Azərbaycanın bəzi bölgələrində qarşıdakı günlərdə hava daha sərin və qeyri-sabit olacaq, ayrı-ayrı ərazilərdə fasilələrlə yağış yağacaq.

Hava şəraitinin qəfil dəyişməsi və bəzi bölgələrdə yağıntıların intensivliyi su basqınlarının davam etməsi və sel təhlükəsinin artması ilə bağlı narahatlıqları gücləndirib.

 

Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar