SON XƏBƏRLƏR

Pakistan müdafiə nazirinin husilərə xəbərdarlığı: Səudiyyə Ərəbistanına hücum birgə müdafiə paktını işə sala bilər

2026.09.09, 12:02
Pakistan müdafiə nazirinin husilərə xəbərdarlığı: Səudiyyə Ərəbistanına hücum birgə müdafiə paktını işə sala bilər

Pakistan bəyan edib ki, yeni yaradılmış “Məkkə Müdafiə Alyansı”nın üç üzvündən hər hansı birinə hücumla bağlı “heç bir qeyri-müəyyənlik” olmamalıdır. Belə hücum hər üç üzvə qarşı hücum kimi qiymətləndiriləcək.

Gunaz.tv

Pakistanın müdafiə naziri husilərin Səudiyyə Ərəbistanına hücumlarından sonra bu paktın icraya keçə biləcəyi barədə xəbərdarlıq edib.

Xacə Asifin açıqlamaları İranın dəstəklədiyi Yəmən husilərinin Səudiyyə Ərəbistanına qarşı bir sıra raket və dron hücumları həyata keçirməsindən bir neçə saat sonra səsləndirilib.

Hücumlar şəhərləri, eləcə də iqtisadi və enerji infrastrukturlarını hədəf alıb. Nəticədə ən azı 73 mülki şəxs yaralanıb.

Pakistanın müdafiə naziri bildirib ki, üzv ölkələrdən birinə qarşı hər hansı təcavüz və ya Yəməndəki münaqişənin Səudiyyə Ərəbistanı ərazisinə yayılması Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyənin bu yaxınlarda Məkkədə imzaladığı sazişdə nəzərdə tutulan kollektiv müdafiə müddəalarını işə salacaq.

 

Ş.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar