SON XƏBƏRLƏR

Cənubi Koreya Hörmüz boğazına görə bölgəyə heyət göndərdi

2026.09.09, 12:23
Cənubi Koreya Hörmüz boğazına görə bölgəyə heyət göndərdi

Cənubi Koreya Hörmüz boğazındakı təhlükəsizlik vəziyyətini qiymətləndirmək üçün regiona nümayəndə heyəti göndərib.

Gunaz.tv

Bu haqda Yonhap Xəbər Agentliyi Cənubi Koreya Müdafiə Nazirliyinə istinadə məlumat yayıb.

"Bu addım Seulun ABŞ-ın dəstəklədiyi missiyada hərbi iştirakının daha ciddi şəkildə nəzərdən keçirilməsinin əlaməti kimi qəbul edilir",- məlumatda bildirilib.

Qeyd olunub ki, nümayəndə heyəti ötən həftə sonu regiondakı siyasi və təhlükəsizlik vəziyyətini qiymətləndirmək və qayıtdıqdan sonra Milli Təhlükəsizlik Şurasına nəticələrini təqdim etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.

Cənubi Koreya Müdafiə Nazirliyi vurğulayıb ki, nümayəndə heyətinin göndərilməsi özlüyündə qoşunların göndərilməsi ilə bağlı qəti qərar demək deyil və təhlükəsizlik mülahizələrinə görə nümayəndə heyətinin dəqiq yerini açıqlamayıb.

İslam Respublikası sentyabrın 7-də Cənubi Koreyanın Körfəzdə hər hansı bir hərbi iştirakının "ciddi nəticələrə" səbəb olacağı barədə xəbərdarlıq edib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar