SON XƏBƏRLƏR

İranın dərin yeraltı obyektləri üçün ABŞ-dan məxfi hazırlıq

2026.09.09, 22:29
İranın dərin yeraltı obyektləri üçün ABŞ-dan məxfi hazırlıq

ABŞ müharibədən əvvəl İrandakı dərin yeraltı obyektləri hədəfə almaq imkanlarını sınaqdan keçirib.

Gunaz.tv

CNN-in yayımladığı sənədlər və təhlillərə əsasən, ABŞ hərbi əməliyyatların başlamasından bir gün əvvəl Nyu-Meksiko ştatında yerləşən yeraltı sınaq mərkəzinin təcili şəkildə yenidən qurulması üçün 1,2 milyon dollar dəyərində müqavilə imzalayıb.

Qranit süxurların üzərində yerləşən bu sınaq mərkəzinin geoloji quruluşunun İrandakı Kolang-Qəzla dağına bənzədiyi bildirilir. CNN-ə danışan məlumatlı mənbələr bu mərkəzdə aparılan sınaqların İranın ən dərin nüvə obyektlərinə hücum planları ilə birbaşa əlaqəli olduğunu təsdiqləyiblər.

CNN peyk görüntülərini araşdıraraq sınaq mərkəzinin ərazisində dəyişikliklər aşkarlayıb. Bu dəyişikliklər sınaqların keçirildiyinə işarə edə bilər. Bununla belə, telekanal silah sınağının faktiki olaraq keçirildiyini müstəqil şəkildə təsdiqləyə bilməyib.

CNN-in qiymətləndirməsinə görə, hazırkı bunkerdağıdan bombaların sərt süxurlara nüfuzetmə imkanlarının məhdud olması ABŞ-ı dağların dərinliklərində yerləşən möhkəmləndirilmiş obyektləri məhv etmək üçün daha yeni nəsil bunkerdağıdan bombaların hazırlanmasına yönəldib.

 

Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar