SON XƏBƏRLƏR

Gürcüstan ABŞ-nin İrana qarşı sanksiyalarına əməl edəcək

2026.09.10, 15:12
Gürcüstan ABŞ-nin İrana qarşı sanksiyalarına əməl edəcək

Gürcüstan ABŞ Maliyyə Nazirliyinin İran aviaşirkətlərinə qarşı tətbiq etdiyi beynəlxalq sanksiyalara əməl edəcək.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Gürcüstan İqtisadiyyat Nazirliyinin Mülki Aviasiya Agentliyi məlumat yayıb.

“ABŞ Maliyyə Nazirliyinin dərc etdiyi genişləndirilmiş sanksiyalar siyahısına hazırda Gürcüstan ilə İran arasında hava əlaqəsini həyata keçirən aviaşirkətlər də daxil olduğundan, Gürcüstan tərəfi digər hallarda olduğu kimi, bu dəfə də beynəlxalq sanksiya rejiminə uyğun şəkildə hərəkət edəcək”, - məlumatda bildirilib.

ABŞ bundan əvvəl İrana qarşı sanksiyalar siyahısına 35 hüquqi şəxsi və Misirin 1 vətəndaşını daxil edib. Məhdudiyyətlər 35 aviaşirkətə və havadaşımaları sahəsində fəaliyyət göstərən digər şirkətlərə qarşı tətbiq olunub. Tbilisi Beynəlxalq Hava Limanının uçuş cədvəlinə əsasən, İranın “Qeshm” və “Varesh” aviaşirkətləri Gürcüstanın paytaxtına müntəzəm uçuşlarını davam etdirir.

 

 

Ş.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar