SON XƏBƏRLƏR

Beynəlxalq Əfv Təşkilatı: Rusiyanın xarici vətəndaşları cəlb etməsi insan alveri sayıla bilər

2026.09.10, 20:30
Beynəlxalq Əfv Təşkilatı: Rusiyanın xarici vətəndaşları cəlb etməsi insan alveri sayıla bilər

Gunaz.tv

Beynəlxalq Əfv Təşkilatı Rusiyanın xarici vətəndaşları Ukraynada müharibəyə göndərmək üçün aldatma, məcburiyyət və yalan vədlərdən istifadə etdiyini bildirir.

Hüquq müdafiə təşkilatı hesabatında Kolumbiya, Kuba, Misir, Somali və Cənubi Afrika kimi ölkələrdən olan və Ukraynanın əsirliyində saxlanılan 12-dən çox xarici vətəndaşla müsahibə apardığını açıqlayıb.

Təşkilatın məlumatına görə, müsahibə verilən şəxslərdən yalnız üçü müqavilə imzalayarkən Ukraynada döyüşmək üçün göndəriləcəklərini bilib. Digərləri isə yüksək maaş, mükafat və hətta Rusiya vətəndaşlığı vədi ilə orduya cəlb edilib.

Braziliya və Şri-Lankadan olan bəzi hərbi əsirlər də müqaviləni imzaladıqdan sonra pasport və mobil telefonlarının əllərindən alındığını, cəbhəyə göndərilməzdən əvvəl isə cəmi iki həftə ilkin hərbi təlim keçdiklərini bildiriblər.

Beynəlxalq Əfv Təşkilatının baş katibi Aqnes Kallamar bildirib ki, bu hallarda aldatma, istismar və məcburiyyətin səviyyəsi BMT-nin Palermo Protokolunda müəyyən edilən insan alveri anlayışına uyğun gəlir.

Beynəlxalq Əfv Təşkilatı Rusiyada fəaliyyətinin 2025-ci ildən qadağan edildiyini və bu səbəbdən ölkə daxilində sahə araşdırması apara bilmədiyini açıqlayıb.

 

GunAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar