SON XƏBƏRLƏR

Axios: Tramp Səudiyyə vəliəhdinin ABŞ-ın husilərə qarşı zərbələr endirmək xahişini rədd edib

2026.09.11, 11:25
Axios: Tramp Səudiyyə vəliəhdinin ABŞ-ın husilərə qarşı zərbələr endirmək xahişini rədd edib

Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman cümə axşamı ABŞ Prezidenti Donald Trampdan Yəməndə Bab əl-Məndəb boğazına doğru irəliləyən husilərə qarşı hava zərbələri endirməsini iki telefon danışığı zamanı xahiş edib.

Gunaz.tv

Bu barədə Axios iki ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Tramp bu xahişi rədd edib. ABŞ rəsmiləri isə bildiriblər ki, Vaşinqtonun hazırda husilərə qarşı birbaşa hərbi əməliyyat keçirmək planı yoxdur.

“ABŞ əsas milli təhlükəsizlik maraqlarını, o cümlədən Qırmızı dənizdə gəmiçilik azadlığının təmin edilməsini qorumağa, eyni zamanda regional təhlükəsizlik problemlərinin həllində regional tərəfdaşların aparıcı rol oynamasına şərait yaratmağa yönəlib”, – deyə Tramp administrasiyasının yüksək vəzifəli rəsmisi Axios-a bildirib.

Məlumata görə, Vaşinqton Səudiyyə Ərəbistanına kəşfiyyat məlumatları və hədəflərin müəyyənləşdirilməsi üçün məlumatlar təqdim edəcək.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar