SON XƏBƏRLƏR

Pezeşkian ABŞ-la müharibənin davam etdirilməsinə qarşı olduğunu bildirib

2026.09.11, 12:02
Pezeşkian ABŞ-la müharibənin davam etdirilməsinə qarşı olduğunu bildirib

İran Prezidenti Məsud Pezeşkian ABŞ-la müharibənin davam etdirilməsinin əleyhinə olduğunu, lakin qarşıdakı təzyiqlər fonunda ölkənin dayanıqlılığını gücləndirməli olduğunu bildirib.

Gunaz.tv

Mən müharibənin davam etdirilməsinin tərəfdarı deyiləm, lakin qarşıda bizi gözləyən hadisələr fonunda ölkənin dayanıqlılığını artırmalıyıq”, – deyə Pezeşkian aparıcı universitetlərin rəhbərləri ilə görüşündə bildirib.

Pezeşkian həmçinin xəbərdarlıq edib ki, iqtisadi tədbirlər cəmiyyətdəki mövcud vəziyyət nəzərə alınmaqla həyata keçirilməlidir. Onun sözlərinə görə, düzgün planlaşdırılmamış müdaxilələr problemləri həll etmək əvəzinə əlavə zərər vura bilər.

İran prezidenti keçmiş seçki rəqiblərinin hazırda hökumətlə birlikdə çalışdığını da bildirib. O, Səid Cəlilidən problemlərin həllinə kömək etməsini xahiş etdiyini və zəruri hallarda səlahiyyətləri başqalarına həvalə etməyə hazır olduğunu deyib.


C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar