SON XƏBƏRLƏR

Hikmət Hacıyev: TRIPP layihəsinin reallaşdırılması ilə bağlı müsbət siqnallar alırıq

2026.09.11, 14:10
Hikmət Hacıyev: TRIPP layihəsinin reallaşdırılması ilə bağlı müsbət siqnallar alırıq

"Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun" (TRIPP) inkişafı ilə bağlı müsbət siqnallar alırıq.

Gunaz.tv

GünazTV xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

O deyib ki, Azərbaycan layihənin reallaşdırılmasına tam sadiqdir və bu istiqamətdə ABŞ tərəfdaşlarından da müsbət siqnallar alınır:

“Bakıdan Zəngilana qədər olan hissədə dəmir yolu və avtomobil yolunun tikintisi üzrə işlər demək olar ki, tamamlanıb”.

Hikmət Hacıyev bildirib ki, hazırda layihənin Naxçıvan seqmentinə diqqət yetirilir:

“Layihənin reallaşması region üçün yeni bağlantılar yaradacaq, Şərq-Qərb və Orta dəhlizlərin inkişafına töhfə verəcək və Ermənistanın regional proseslərə inteqrasiyasını təmin edəcək”.

 

 

Ş.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar