SON XƏBƏRLƏR

Yəməndə döyüşlərin şiddətlənməsi nəticəsində 46 mindən çox insan köçkün durumuna düşüb

2026.09.11, 14:16
Yəməndə döyüşlərin şiddətlənməsi nəticəsində 46 mindən çox insan köçkün durumuna düşüb

Beynəlxalq Miqrasiya Təşkilatının cümə günü verdiyi məlumata görə, ötən həftə döyüşlərin şiddətlənməsindən sonra Yəməndə 46 mindən çox insan məcburi köçkün vəziyyətinə düşüb. Təşkilat köçkünlərin sayının sürətlə artdığını bildirib.

Gunaz.tv

Qurumun məlumatına görə, köçkünlük ölkənin qərb sahillərini və Taiz vilayətini əhatə edib. İnsanlar həmçinin Lahc, Ədən və İbb istiqamətində köçüblər.

Ailələr bu münaqişə zamanı ikinci və ya üçüncü dəfə evlərini tərk etməyə məcbur olurlar və demək olar ki, geridə heç nələri qalmayıb”, – deyə qurumun baş direktoru Emi Pop bildirib.

O, humanitar yardımların təhlükəsiz şəkildə çatdırılmasına və mülki şəxslərin, eləcə də humanitar yardım əməkdaşlarının qorunmasına çağırıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar