SON XƏBƏRLƏR

Pezeşkian hökumətində türk zə Azərbaycan lobbisi...- Əbdi

2026.09.11, 16:19
Pezeşkian hökumətində türk zə Azərbaycan lobbisi...- Əbdi

İran İslam Respublikasında güclü türk, Azərbaycan lobbisi var və bu nigəranlıq doğurur.

Gunaz.tv

Bunu "Nəcm media" onlyne televizyasına müsahibəsində sərt xətt tərəfdarı "Sabitlik Cəbhəsi"nə yaxın siyasi şərhçi Əli Əbdi deyib. 

"İran Xarici İşlər Nazirliyi və Kəşfiyyat Nazirliyində Azərbaycan Respublikasını müdafiə edən çox sayda şəxs var",- o iddia edib.

Əbdi, Məsud Pezeşkian ətrafında çox sayda pantürkistlərin olduğunu deyib:

"Həmin şəxslərin, türk və azərbaycanlıların İran hökumətində təmsil olunmaları Tehranın Azərbaycan Respublikasına qarşı ölçü götürməsinə mane olurlar".

Qeyd edək ki, "Nəcm media" və Əli Əbdi prezident seçkilərində Məsud Pezeşkianın rəqibi olan sərt xətt tərəfdarı Səid Cəliliyə yaxındır.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar