SON XƏBƏRLƏR

Neft 109 dollara yüksəlib

2026.09.11, 17:35
Neft 109 dollara yüksəlib

Yəməndə gərginliyin artması fonunda neftin qiyməti son üç ay yarımın ən yüksək səviyyəsinə çatıb.

Gunaz.tv

Brent markalı neftin qiyməti cümə axşamı, sentyabrın 10-da, ABŞ bazarlarında ticarətin sonunda bir barel üçün 109 dollar 97 sentə qədər yüksəlib. Lakin Asiya bazarlarında ticarətin başlanması ilə qiymət azalıb və cümə səhəri təxminən 105 dollar 50 sent olub.

ABŞ nefti də 105 dollara yaxınlaşıb, daha sonra 101 dollar ətrafında sabitləşib. Dünya neft qiymətləri son bir həftədə təxminən 13 faiz artıb.

Yəməndə qarşıdurmaların güclənməsi və İranın dəstəklədiyi husilərin Babül-Məndəb boğazı ətrafındakı strateji liman və adaları ələ keçirmək istiqamətində irəliləməsi, həmçinin qruplaşmanın Səudiyyə Ərəbistanının enerji obyektlərinə raket və dron hücumları neft qiymətlərinin artmasının səbəbləri arasında göstərilir.

ABŞ və İran arasında davam edən qarşılıqlı hücumlar da neftin dəniz yolu ilə daşınmasında daha böyük fasilələrin yaranacağı ilə bağlı bazar narahatlığını artırıb.


GunAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar