SON XƏBƏRLƏR

Beynəlxalq Astronavtika Konqresi Antalyada keçiriləcək

2026.09.11, 21:31
Beynəlxalq Astronavtika Konqresi Antalyada keçiriləcək

Antalya oktyabrda qlobal kosmik sənayenin mühüm tədbirlərindən birinə ev sahibliyi edəcək.

Gunaz.tv

77-ci Beynəlxalq Astronavtika Konqresi 5-9 oktyabr 2026-cı il tarixlərində Antalyadakı “NEST” Konqres Mərkəzində keçiriləcək. Tədbirdə çoxsaylı dövlət rəsmiləri, astronavtlar və iri kosmik şirkətlərin rəhbərləri iştirak edəcək.

Konqres Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin əməkdaşlığı və Türkiyə Kosmik Agentliyinin ev sahibliyi ilə keçiriləcək. Tədbirdə 50-dən çox kosmik agentliyin rəhbəri, təxminən 30 astronavt və “SpaceX”, “Blue Origin”, “Airbus”, “Boeing” və “Lockheed Martin” kimi şirkətlərin yüksək vəzifəli rəhbərləri iştirak edəcək.

Beynəlxalq Astronavtika Federasiyasının icraçı direktoru Kristian Feyştinqer tədbirin Antalyada keçirilməsini Türkiyənin kosmik imkanlarının tanıdılması və ölkənin kosmik ekosisteminin qlobal kosmik ictimaiyyətlə əlaqələndirilməsi baxımından mühüm fürsət kimi qiymətləndirib.

O, həmçinin beynəlxalq kosmik ictimaiyyətin konqresdə iştirakının Türkiyənin kosmik proqramları barədə beynəlxalq məlumatlılığın artırılmasına və ölkənin kosmik sənayedəki mövqeyinin gücləndirilməsinə kömək edə biləcəyini bildirib.

Feyştinqerin sözlərinə görə, Türkiyənin Ay proqramı, ilk türk astronavtını kosmosa göndərməsi və kosmik ekosistemin inkişafı bu ölkəni regionun mühüm kosmik oyunçularından birinə çevirib.

 

GunAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar