SON XƏBƏRLƏR

Türk vətəndaşlarının yalnız şəxsiyyət vəsiqəsi ilə səyahəti müzakirə olunur

2026.09.11, 22:33
Türk vətəndaşlarının yalnız şəxsiyyət vəsiqəsi ilə səyahəti müzakirə olunur

Türk dövlətləri arasında vətəndaşların sərbəst hərəkətini asanlaşdıracaq yeni imkanlar nəzərdən keçirilir.

Gunaz.tv

Türk Dövlətləri Təşkilatının üçüncü Daxili İşlər Nazirləri Toplantısında “Türkpol”un yaradılması və Türk dövlətləri arasında ümumi pasport nəzarəti məntəqələrinin qurulması təklifi müzakirə olunub.

Toplantıda Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi hava limanlarında Türk dövlətlərinin vətəndaşları üçün ümumi pasport nəzarəti məntəqələrinin yaradılması imkanının nəzərdən keçirildiyini bildirib. Bu təşəbbüs üzv ölkələr arasında səfərləri asanlaşdırmaq məqsədi daşıyır və Avropa İttifaqında tətbiq olunan oxşar mexanizmlər nümunə götürülərək hazırlanır.

Çiftçi Qazaxıstan, Azərbaycan, Qırğızıstan və Özbəkistanın daxili işlər nazirlərinin “Türkpol” və ümumi pasport nəzarəti təklifinə müsbət yanaşdıqlarını bildirib. Onun sözlərinə görə, bu mexanizmin yaradılması cinayətkarların izlənməsi və ölkələr arasında təhlükəsizlik sahəsində koordinasiyanın gücləndirilməsinə imkan verə bilər.

Toplantının digər mühüm mövzusu Türk dövlətləri arasında yalnız şəxsiyyət vəsiqəsi ilə səyahət imkanının yaradılması təklifi olub.

Bu tətbiq həyata keçirilərsə, üzv ölkələrin vətəndaşları pasport təqdim etmədən, yalnız şəxsiyyət vəsiqələri ilə digər Türk dövlətlərinə daxil ola və həmin ölkələrdən çıxa biləcəklər.

 

GunAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar