Bu barədə "Anthropic"in təhdid kəşfiyyatı hesabatında bildirilir.
Hesabata görə, "Anthropic" Yəmənin şimalında fəaliyyət göstərən və üç silah hazırlama proqramı həyata keçirən bir qrup müəyyən edib. Bu proqramlara idarə olunan raket, planlaşdırılan uçuş məsafəsi 2 000 kilometrdən çox olan çoxmərhələli ballistik raket və hipersəs sürüşmə aparatı ilə təchiz olunması nəzərdə tutulan raket variantı daxil olub.
“Financial Times” cümə günü bildirib ki, Yəmənin şimalında yerləşən bu qrupun ərazinin böyük hissəsinə nəzarət edən İranın dəstəklədiyi husi qruplaşması ilə əlaqəli olduğu görünür.
Hesabatda qeyd olunur ki, qrup uçan aparatın istiqamətini dəyişdirən və onun sabitliyini təmin edən proqram təminatını hazırlamaq üçün Claude Code-dan “insan proqram mühəndislərinin əvəzinə” istifadə edib.
C