SON XƏBƏRLƏR

Livan Prezidenti ölkənin cənubuna səfər edib

2026.09.12, 18:36
Livan Prezidenti ölkənin cənubuna səfər edib

Livan Prezidenti müharibə başlayandan bəri ilk dəfə ölkənin cənubuna gedib.

Gunaz.tv

Livan Prezidenti Cozef Aun şənbə günü, 21 sentyabrda əvvəlcədən elan olunmamış səfərlə Nəbatiyyəyə gedərək İsrail qüvvələrinin Livanın cənubundan çıxarılmasını və zərər çəkmiş ərazilərin bərpasını tələb edib.

Səfər ABŞ-ın vasitəçiliyi ilə Livan və İsrail arasında keçirilməsi planlaşdırılan yeni danışıqların təxirə salınmasından bir gün sonra baş tutub. Gələn həftə keçirilməsi nəzərdə tutulan danışıqlar oktyabr ayına təxirə salınıb.

Son günlər Nəbatiyyə bölgəsinə İsrailin hücumları güclənib və nəticədə azı 29 nəfər həlak olub.

İsrail ordusu həmçinin Nəbatiyyə yaxınlığındakı “Əli Tahir” yüksəkliklərində Hizbullah mövqelərini hədəfə alaraq qruplaşmanın yeraltı istehkamlarını məhv edib.

Livan və İsrail arasında əldə olunan çərçivə razılaşmasına əsasən, Hizbullah tərksilah edilməli, İsrail qüvvələri Livanın cənubundan çıxmalı və Livan ordusu boşaldılan ərazilərdə yerləşdirilməlidir.


GunAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar