SON XƏBƏRLƏR

İraq Prezidenti: Ölkə ərazisinin qonşulara hücum üçün istifadəsinə icazə verməyəcəyik

2026.09.12, 20:30
İraq Prezidenti: Ölkə ərazisinin qonşulara hücum üçün istifadəsinə icazə verməyəcəyik

İraq Prezidenti Səudiyyə Ərəbistanına hücumlarda iştirak edənlərlə bağlı hüquqi tədbirlərin görülməsini tələb edib.

Gunaz.tv

İraq Prezidenti Nizar Əmidi Səudiyyə Ərəbistanına hücumlarla bağlı araşdırmaya başlamaq üçün yüksək səviyyəli təhlükəsizlik komitəsinin Meysan vilayətinə gəlişi ilə eyni vaxtda hökumətin hücumların təşkilatçılarını müəyyənləşdirmək istiqamətindəki tədbirlərini dəstəkləyib.

Əmidi hücumları kəskin şəkildə pisləyərək deyib: “İraq öz ərazisinin və hava məkanının qonşu ölkələrə hücum üçün istifadəsinə icazə verməyəcək.”

O, həmçinin araşdırmaların davam etdirilməsini və hücumlarda iştirakı və ya məsuliyyəti sübuta yetirilən şəxslərə qarşı qanuni tədbirlərin görülməsini istəyib. Əmidinin sözlərinə görə, bu tədbirlər belə hücumların təkrarlanmasının qarşısını almalıdır.

 

GunAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar