SON XƏBƏRLƏR

Körfəz ölkələri ilə İranın görüşü təxirə salındı

2026.09.14, 09:16
Körfəz ölkələri ilə İranın görüşü təxirə salındı

Körfəz ölkələri ilə İran arasında xarici işlər nazirləri səviyyəsində keçirilməsi planlaşdırılan görüş Tehran və Maskatın razılığı ilə təxirə salınıb.

Gunaz.tv

Bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, görüşün təxirə salınmasını regionun bəzi ölkələri istəyib. Tədbirin yeni keçiriləcəyi tarix isə açıqlanmayıb.

Qeyd edək ki, sentyabrın 14-də Omanda İraqın, İranın və Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə Hörmüz boğazında yaranmış vəziyyətə həsr olunan çoxtərəfli görüş keçirilməsi nəzərdə tutulurdu.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar