SON XƏBƏRLƏR

Türkiyə Diyanət İşləri İdarəsinin sədri: Türk dövlətləri zərərli cərəyanlara qarşı ortaq strategiyalar hazırlamalıdır

2026.09.14, 11:05
Türkiyə Diyanət İşləri İdarəsinin sədri: Türk dövlətləri zərərli cərəyanlara qarşı ortaq strategiyalar hazırlamalıdır

"Türk dövlətləri zərərli cərəyanlara qarşı ortaq strategiyalar hazırlamalıdır".

Gunaz.tv

Bunu Türkiyə Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini liderlərinin 7-ci Görüşündə deyib.

Safi Arpaquş çıxışında qlobal problemlər və dəyərlər böhranı fonunda türk dövlətləri arasında dini, mədəni və mənəvi sahələrdə əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

O bildirib ki, TDT artıq mühüm strateji birliyə çevrilib və üzv ölkələrin dini işlər və dini idarə rəhbərlərinin görüşləri yalnız siyasi və iqtisadi məsələlərlə məhdudlaşmamalıdır.

“Bu görüşləri sosial, mədəni və mənəvi istiqamətlərdə birliyimizi təmin edən strateji məsləhətləşmə platforması kimi qiymətləndirmək lazımdır”, – deyə nazir qeyd edib.

“Türk dövlətləri olaraq sabitliyimizi və daxili təhlükəsizliyimizi təhdid edə biləcək bütün zərərli cərəyanlara qarşı ortaq mövqe və strategiyalar hazırlamaq məcburiyyətindəyik”, – deyə nazir vurğulayıb.


C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar