SON XƏBƏRLƏR

İran səfirinin təxribatına Saakaşvilidən sərt təpki

2026.09.16, 12:34
İran səfirinin təxribatına Saakaşvilidən sərt təpki

“Mənim hakimiyyətdə olduğum dövrdə İran səfiri Gürcüstanın ərazi bütövlüyünü hədəfə ala bilməzdi”.

Gunaz.tv

GünazTV xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili deyib.

“İran səfirinin paylaşdığı “Gürcüstan xəritəsi”ndə ancaq Qərbi Gürcüstanı göstərməsi, əslində, Abxaziyaya eyham vurmaqdan daha çox Şərqi Gürcüstanın tarixən “Persiyaya məxsus olduğu” fikrini önə çəkmək məqsədi daşıyır.

Fereydanlılardan istifadə edərək şantaj etmək isə ümumiyyətlə görünməmiş haldır. Çünki həmin fereydanlıların özləri XVII əsrdə Persiya tərəfindən məhz Şərqi Gürcüstandan zorla köçürülərək imperiyanın ən ucqar əyalətlərindən (İsfahan) birinə aparılmış gürcülərin nəslindəndir. Mənim hakimiyyətdə olduğum dövrdə heç kim belə bir şeyə cürət edə bilməzdi. Əgər cürət etsəydi, belə bir səfiri dərhal ölkədən qovardıq”, - o qeyd edib.

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar