SON XƏBƏRLƏR

İranda əfqanistanlı silahlılar öldürüldü

2026.09.16, 16:03
İranda əfqanistanlı silahlılar öldürüldü

İranın Sistan və Bəlucistan əyalətində dörd əfqanistanlı silahlı öldürülüb.

Gunaz.tv

Bu haqda Bəlucistan İnsan Hüquqlarını Sənədləşdirmə Şəbəkəsi məlumat yayıb.

Onların SEPAH-ın əfqanistanlı şiələrdən ibarət qurduğu "Fatemiyyun" qruplaşmasının üzvləri olduğu bildirilib.

Patrul xidməti zamanı hücuma məruz qalan əfqanistanlıların "Bəluc mübarizləri" silahlı qruplaşması tərəfindən öldürüldüyü qeyd olunub.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar