SON XƏBƏRLƏR

İrandakı iqtisadi böhran əfqan miqrantları Taliban hakimiyyətinə geri qaytarır

2026.09.17, 11:29
İrandakı iqtisadi böhran əfqan miqrantları Taliban hakimiyyətinə geri qaytarır

Müharibə, sürətlə artan inflyasiya və rialın dəyər itirməsi iş yerlərini və yığımları məhv etdikcə minlərlə əfqan İrandan Əfqanıstana qayıdır.

Gunaz.tv

Bu barədə cümə axşamı Reuters məlumat yayıb.

İran Statistika Mərkəzinin məlumatlarına görə, ölkədə istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 90%, ərzaq qiymətləri isə 130%-ə yaxın artıb. Əfqanıstana qayıdan miqrantlar Reuters-ə bildiriblər ki, iş imkanları kəskin azalıb, əməkhaqları isə əsas ərzaq və gündəlik tələbat mallarının bahalaşmasına uyğun artmayıb.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatlarına əsasən, son iki il ərzində 2 milyondan çox əfqan İrandan ayrılıb. Onların bir çoxu son dalğadan əvvəl deportasiya edilib və ya ölkəni tərk etməyə məcbur olub. Lakin Reuters bildirir ki, hazırda İranın iqtisadi böhranı səbəbindən getdikcə daha çox qadın və bütöv ailə könüllü şəkildə geri qayıdır.

Taliban rəsmisi Əbdül Qani Qazizadə Reuters-ə bildirib ki, İslam Qala sərhəd-keçid məntəqəsindən hər gün ən azı 20–40 ailə könüllü olaraq Əfqanıstana qayıdır.

“Onların qazandıqları əməkhaqqı artıq əsas yaşayış xərclərini qarşılamağa kifayət etmir”, — Qazizadə deyib. O əlavə edib ki, bir çox işçi İranlı işəgötürənlərin əməkhaqlarını ödəmədiyindən də şikayətlənib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar