SON XƏBƏRLƏR

Hörmüz boğazından kommersiya gəmiçiliyi 90% azalıb

2026.09.19, 09:48
Hörmüz boğazından kommersiya gəmiçiliyi 90% azalıb

Hörmüz boğazından kommersiya gəmiçiliyinin həcmi ABŞ və İran arasında qarşıdurma başlamazdan əvvəlki göstəricilərlə müqayisədə 90% aşağı olaraq qalır.

Gunaz.tv

Bu, Böyük Britaniyanın Dəniz Ticarət Gəmiçiliyi İdarəsinin (UKMTO) məlumatlarından məlum olur.

"Gəmiçilik həcmi münaqişədən əvvəlki səviyyədən təxminən 90% aşağı olaraq qalır. İyunun 24-26-da qeydə alınan pik göstəricilərdən sonra gəmilərin keçidi davamlı xarakter alıb", - deyə qurumun hesabatında bildirilib.

Sənədə əsasən, boğazdan keçən gəmilər arasında əsas payı tanker donanması təşkil etməkdə davam edir. Oman sahili boyunca cənub istiqaməti ən yüksək təhlükə səviyyəsinə malik dəhliz olaraq qalır. Silahlı hücumlarla bağlı qeydə alınan 35 hadisənin 22-si məhz bu ərazidə baş verib.

Hesabatda həmçinin vurğulanıb ki, son yeddi gün ərzində ABŞ silahlı qüvvələri İranla əlaqəli kommersiya gəmilərinin boğazdan keçməsinə qarşı fəaliyyətlərini artırıb.

"ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Ərəb və Oman körfəzlərinin sularında gəmilərin istismardan çıxarılması ilə bağlı bir sıra əməliyyatlar həyata keçirdiyini bildirib", – deyə hesabatda qeyd olunub.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar