SON XƏBƏRLƏR

Sərt xətt tərəfdarı olan qəzet hökuməti hicabla bağlı fəaliyyətsizlikdə ittiham edib

2026.09.19, 11:43
Sərt xətt tərəfdarı olan qəzet hökuməti hicabla bağlı fəaliyyətsizlikdə ittiham edib

İranda sərt xətt tərəfdarı olan “Keyhan” qəzeti hökumətin hicab qaydaları ilə bağlı siyasətini tənqid edib və son iki il ərzində hicaba əməl olunmasını təşviq etmək üçün lazımi mədəni tədbirlərin görülmədiyini bildirib.

Gunaz.tv

Ali rəhbərin nümayəndəsinin nəzarəti altında nəşr olunan qəzet hicabın mədəni məsələ olduğunu bildirən hökumət rəsmilərini də tənqid edib.

“Hə, hicab mədəni məsələdir. Bəs hökumət son iki il ərzində hicab vəziyyətinin yaxşılaşdırılması üçün niyə heç bir mədəni tədbir görməyib?” - qəzet yazıb.

“Keyhan” Tehranın küçələrində qadınların geyimini “çılpaqlıq nümayişi” kimi qiymətləndirib və heç bir sübut təqdim etmədən bunun hətta dindar olmayan insanlarda belə ikrah hissi yaratdığını iddia edib.


C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar