SON XƏBƏRLƏR

Rubio: ABŞ TRIPP layihəsinin Cənubi Qafqaz üçün yeni imkanlar açacağına ümid edir

2026.09.21, 11:10
Rubio: ABŞ TRIPP layihəsinin Cənubi Qafqaz üçün yeni imkanlar açacağına ümid edir

ABŞ TRIPP layihəsinin daha da irəlilədilməsinə və Cənubi Qafqaz üçün yeni imkanlar açacağına ümid edir.

Gunaz.tv

Bu barədə dövlət katibi Marko Rubionun Ermənistanın milli bayramı münasibətilə ünvanladığı təbrikdə bildirilib.

"Son bir ildə birlikdə əldə etdiyimiz tarixi tərəqqi ümumi məqsəd – sülh və rifah naminə çalışaraq nələrə nail olmağın mümkünlüyünü nümayiş etdirir. Biz Tramp Marşrutunun (TRIPP) daha da irəlilədilməsinə, iqtisadi qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə, ABŞ investisiyalarının təşviqinə, həmçinin Ermənistan və bütün region üçün yeni imkanların açılmasına ümid edirik", – o vurğulayıb.

M.Rubio həmçinin qeyd edib ki, ABŞ yaxın illərdə Ermənistanla tərəfdaşlığın daha da dərinləşəcəyinə ümid edir.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar