SON XƏBƏRLƏR

İranın radikal mühafizəkar qəzeti: Müharibə hicab qaydalarının tətbiqini yumşaltmaq üçün səbəb deyil

2026.09.21, 11:38
İranın radikal mühafizəkar qəzeti: Müharibə hicab qaydalarının tətbiqini yumşaltmaq üçün səbəb deyil

İran müharibə şəraitində məcburi hicab qaydalarının tətbiqindən imtina etməməlidir. Bunu İranın radikal mühafizəkar “Kayhan” qəzeti yazıb.

Gunaz.tv

Müharibə cəmiyyətin kimliyinin qorunması ilə bağlı siyasətlərin dayandırılması demək olmamalıdır”, – qəzet yazaraq qeyd edib ki, hicabla bağlı Quran ayəsinin özü də müharibə dövründə nazil olub.

İranın Məsləhət Şurasının üzvü və Ali Rəhbər Müctəba Xameneinin qayınatası Qulam-Əli Həddad-Adel bu ayın əvvəlində bildirmişdi ki, hakimiyyət “müharibə şəraitinə görə” məcburi hicab qaydalarını istədiyi qədər geniş şəkildə tətbiq etməkdən çəkinir.

Ali Rəhbərin nümayəndəsinin nəzarəti altında nəşr olunan qəzet məcburi hicaba qarşı artan itaətsizliyin qarşısının alınmasına çağırıb. Qəzet xəbərdarlıq edib ki, bir sərhədin pozulmasına icazə verilməsi digər qaydaların da tədricən normallaşmasına gətirib çıxara bilər.

Bu açıqlama İranda getdikcə daha çox qadının ictimai yerlərdə məcburi baş örtüyü olmadan görünməyə başladığı bir vaxtda səslənib.


C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar