SON XƏBƏRLƏR

ABŞ və İran arasında üç saatlıq görüş

2026.09.22, 21:36
ABŞ və İran arasında üç saatlıq görüş

Tramp: ABŞ və İran nümayəndə heyətləri arasında üç saatlıq görüş çox yaxşı keçib.

Gunaz.tv

ABŞ Prezidenti Donald Tramp sentyabrın 22-də bildirib ki, ABŞ rəsmiləri ilə İran nümayəndə heyəti arasında ABŞ ərazisində üç saat davam edən görüş keçirilib və görüş “çox yaxşı” keçib.

Tramp bu açıqlamanı BMT Baş Assambleyasının kənarında verib. O, bundan əvvəl Baş Assambleyada çıxışı zamanı İranla bağlı sərt xəbərdarlıq edərək, Tehranla razılaşma əldə olunmadığı təqdirdə İrana qarşı daha geniş addımların mümkün olduğunu bildirib.

Bu açıqlama verilən vaxt İran Xarici İşlər Nazirliyinin nümayəndə heyətində Abbas Əraqçi, Kazım Qəribabadi və İsmayıl Bəqai Nyu-Yorkda olublar.

 

Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar