SON XƏBƏRLƏR

Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron

2026.09.23, 09:23
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron

Fransa yalnız müdafiə xarakterli olması şərtilə, Hörmüz boğazından gəmilərin daşınmasını təmin etmək üçün beynəlxalq əməliyyatda iştiraka hazırdır.

Gunaz.tv

Fransa Prezidenti Emmanuel Makron bunu Amerikanın ABC telekanalına müsahibəsində bildirib.

"Biz aydın və ciddi müdafiə konsepsiyasına malik beynəlxalq əməliyyatda iştirak etməyə hazırıq", - Makron deyib.

O, Fransanın heç bir dövlətlə qarşıdurmaya girmək istəmədiyini, lakin obyektlərin qorunmasında və təchizat zəncirlərinin təmin edilməsində daha fəal rol oynamağa hazır olduğunu vurğulayıb.

E.Makronun sözlərinə görə, Paris ABŞ və İranın Hörmüz boğazı vasitəsilə normal təchizatı bərpa edəcək və dizel və aviasiya yanacağı, neft və benzin bazarlarına təzyiqi azaldacaq razılığa gələcəyinə ümid edir.

Fransa Prezidenti həmçinin qeyd edib ki, Paris belə bir addımı səhv seçim saydığı üçün İranla müharibədə iştirak etməmək qərarına gəlib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar