SON XƏBƏRLƏR

SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır

2026.09.23, 11:07
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunları döyüş imkanlarının artırılması məqsədilə “xüsusi plan” həyata keçirir.

Gunaz.tv

Bunu SEPAH-ın koordinasiya üzrə müavini Əhməd Əxəvan bildirib.

Onun sözlərinə görə, Quru Qoşunlarının texniki təchizatı yenilənir və İranın müxtəlif bölgələrində yerləşdirilən döyüş bölmələri istənilən hücuma çevik və effektiv cavab verməyə hazır vəziyyətdə saxlanılır.

O bildirib ki, qüvvələr ABŞ və İsraillə qarşıdurma üçün ətraflı planlar hazırlayıb və istənilən hücuma “sarsıdıcı və qəti cavab” veriləcək.

Əxəvan əlavə edib ki, ölkə üzrə yerləşən döyüş bölmələri yüksək hazırlıq vəziyyətindədir və onların silahlanmasının, eləcə də döyüş imkanlarının təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar