SON XƏBƏRLƏR

Əş-Şara: İsraillə təhlükəsizlik razılaşması davamlı sülhə gətirib çıxara bilər

2026.09.23, 20:32
Əş-Şara: İsraillə təhlükəsizlik razılaşması davamlı sülhə gətirib çıxara bilər

Əhməd əş-Şara: İsraillə təhlükəsizlik razılaşması davamlı sülhə yol aça bilər.

Gunaz.tv

Suriyanın prezidenti Əhməd əş-Şara bildirib ki, İsraillə təhlükəsizlik razılaşması üzrə danışıqlar nəticə verərsə, iki ölkə “davamlı sülh” mərhələsinə keçə bilər.

Əş-Şara Nyu-Yorkda Atlantik Şurasında çıxışı zamanı deyib ki, İsrail ilk növbədə Bəşşar Əsəd hakimiyyətinin devrilməsindən sonra Suriyanın cənubunda işğal etdiyi ərazilərdən geri çəkilməlidir.

O, həmçinin vurğulayıb ki, Colan yüksəklikləri “Suriya torpağıdır” və Birləşmiş Millətlər Təşkilatı da bunu tanıyır.

Əş-Şara Qəzza müharibəsinə toxunaraq bildirib ki, HƏMAS-ın 7 oktyabr hücumu İsrailin Suriya siyasətinin müəyyənləşdirilməsinin əsası olmamalıdır. O əlavə edib: “İsrail siyasətini dəyişməlidir, çünki ətrafındakı ölkələr üçün problem yaradır.”

 

GünAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar