SON XƏBƏRLƏR

Türkiyədə 6 min 134 nəfərə vətəndaşlıq verilməsi ləğv edilib

2026.09.23, 22:30
Türkiyədə 6 min 134 nəfərə vətəndaşlıq verilməsi ləğv edilib

Gunaz.tv

Türkiyənin Daxili İşlər Nazirliyi investisiya yolu ilə vətəndaşlıqla bağlı işlərin araşdırılması zamanı 6 min 134 nəfərə vətəndaşlıq verilməsi barədə qərarın ləğv edildiyini və ya geri götürüldüyünü açıqlayıb.

Nazirliyin açıqlamasına görə, bu şəxslər 1 413 investor və onların ailə üzvlərindən ibarətdir.

Türkiyənin Daxili İşlər Nazirliyi həmçinin investisiya yolu ilə vətəndaşlıq prosesində saxta və qanunsuz ekspertiza hesabatlarından istifadə ilə bağlı araşdırmalar aparıldığını bildirib.

Bu araşdırmalar investisiya yolu ilə vətəndaşlığın verilməsi prosesini, eləcə də təqdim olunan sənədlərin və ekspertiza hesabatlarının düzgünlüyünü əhatə edir.

 

GünAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar