SON XƏBƏRLƏR

WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib

2026.09.26, 08:49
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib

ABŞ Prezidenti Donald Tramp İranın yeddi günlük atəşkəs təklifini qəbul etməyib və yaxın ətrafına noyabrda keçiriləcək aralıq seçkilərindən sonra İrana zərbələrin bərpa oluna biləcəyini bildirib.

Gunaz.tv

ABŞ Prezidenti Donald Tramp İranın yeddi günlük atəşkəs təklifini qəbul etməyib və yaxın ətrafına noyabrda keçiriləcək aralıq seçkilərindən sonra İrana zərbələrin bərpa oluna biləcəyini bildirib.

Bu barədə “The Wall Street Journal” ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Nəşrin mənbələrinin məlumatına görə, Tramp İranın irəli sürdüyü yeddi günlük atəşkəs təklifinə skeptik yanaşır və Tehranın ABŞ-nin tələblərini yerinə yetirəcəyinə əmin deyil. Prezident köməkçilərinə noyabrda Konqresə aralıq seçkilərindən sonra İrana bombardmanların bərpasını mümkün hesab etdiyini deyib.

Bununla yanaşı, Tramp mümkün zərbələrin miqyası ilə bağlı hələ yekun qərar verməyib. “The Wall Street Journal”ın məlumatına görə, ABŞ Prezidenti genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanmasını istəmir. 

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar