SON XƏBƏRLƏR

Husilərin silah anbarları bombalandı

2026.09.26, 21:24
Husilərin silah anbarları bombalandı

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Yəmən Silahlı Qüvvələri şənbə günü Məarib vilayətində husilərin mövqelərini və silah anbarlarını hava zərbələri ilə hədəfə alıb.

“Əl-Ərəbiyyə”nin məlumatına görə, Məaribin cənubundakı əl-Cubə rayonunda husilərə məxsus silah anbarları və silahlı qrupların toplaşdığı məntəqələr bombalanıb. Həmçinin bir pilotsuz uçuş aparatı Məaribin şimal-qərbindəki əl-Kəsarə cəbhəsində silah daşıyan husilərə məxsus avtomobili hədəfə alıb.

Bu hücumlar Məaribin cənub, qərb və şimal cəbhələrində toqquşmaların son həftələrdə intensivləşdiyi bir vaxtda baş verib. Həmçinin husilərin mövqeləri və hərbi hərəkətlərinin hədəfə alınmasında pilotsuz uçuş aparatlarından istifadə də artıb.

Husilər ABŞ hökuməti tərəfindən Xarici Terror Təşkilatı (FTO) kimi tanınıb və İranın dəstəyindən yararlanır.

 

Gunaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar