SON XƏBƏRLƏR

Tramp: Hörmüz boğazından neft daşınması rekord həddə çatıb

2026.09.27, 18:12
Tramp: Hörmüz boğazından neft daşınması rekord həddə çatıb

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bazar günü, sentyabrın 27-də Hörmüz boğazından neft daşınmasının rekord həddə çatdığını bildirib.

Tramp Çikaqoda Prezidentlər Kuboku qolf yarışlarına yola düşməzdən əvvəl deyib ki, şənbə gecəsi Hörmüz boğazından “misli görünməmiş miqdarda” neft daşınıb və bu həcm hətta müharibə başlamazdan əvvəl daşınan neftin həcmindən də çox olub.

O, həmçinin bildirib ki, neftin qiyməti hazırda Co Baydenin prezidentliyi dövründəkindən daha aşağıdır və əlavə edib ki, “İran təslim olduqdan” və müharibə başa çatdıqdan sonra neftin qiyməti kəskin şəkildə düşəcək.

 

Gunaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar