SON XƏBƏRLƏR

İran və ABŞ arasında görüş ləğv edilib

2026.09.27, 19:13
İran və ABŞ arasında görüş ləğv edilib

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İran və ABŞ-ın texniki nümayəndə heyətləri arasında bazar ertəsi keçirilməsi planlaşdırılan görüş ləğv edilib.

ABŞ Prezidenti Donald Tramp bazar günü “Axios”a bildirib ki, Tehran və Vaşinqton arasında danışıqların bu həftə davam edəcəyini gözləyir. Eyni zamanda, CBS telekanalının jurnalisti Marqaret Brennən bir İran rəsmisinin iki ölkənin texniki nümayəndə heyətləri arasında planlaşdırılan görüşün ləğv edildiyini bildirdiyini açıqlayıb.

Həmin İran rəsmisinin sözlərinə görə, ABŞ Tehran tərəfindən irəli sürülən təklifə İranın nüvə proqramı ilə bağlı öhdəliklərin də əlavə edilməsini istəyib. Halbuki İranın ilkin təklifi yalnız Hörmüz boğazı məsələsini əhatə edib.

Brennən həmçinin ABŞ-ın iyun ayından sonra tətbiq edilən sanksiyaların ləğv edilməsinə də qarşı çıxdığını bildirib.

Bu məlumatlar İranın xarici işlər naziri Abbas Əraqçinin NBC telekanalına verdiyi müsahibənin yayımlandığı vaxtda açıqlanıb.

Əraqçi müsahibəsində Tehranın “həlledici müharibənin” yenidən başlamasına hazır olduğunu bildirib.

 

Gunaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar