SON XƏBƏRLƏR

Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər

2026.09.28, 19:37
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər

Gunaz.tv

ABŞ-ın maliyyə naziri Skott Bessent Çinin İrana hərbi və kəşfiyyat yardımını artırdığı barədə xəbərləri rədd edərək, Pekinin Tehrana yardımını əhəmiyyətli dərəcədə azaltdığını bildirib.

Bessent “Fox News”a müsahibəsində deyib ki, hazırda İranın təxminən 15 milyon barel nefti hələ də dənizdədir və Tehran böyük ehtimalla qarşıdakı iki həftə ərzində Çinə son neft partiyalarını çatdıracaq.

O bildirib ki, bundan sonra İranın “mübadilə etmək üçün heç nəyi qalmayacaq” və Tehranın razılaşma axtarmasının səbəblərindən biri də məhz artan təzyiqlərdir.

ABŞ maliyyə naziri həmçinin bildirib ki, hazırda Hörmüz boğazından gündə 15-22 milyon barel neft keçir. Onun sözlərinə görə, indiyədək bu marşrutla bir milyard bareldən çox neft daşınıb, lakin ABŞ-ın hesablamasına görə, bu həcmdə İranın payı “sıfır” olub.

Bessent ABŞ-ın İran neftinin ölkədən çıxmasına icazə vermədiyini də bildirib.

 

Günaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar