SON XƏBƏRLƏR

Axios: ABŞ və İran arasında danışıqlar nəticəsiz qalıb

2026.09.30, 11:35
Axios: ABŞ və İran arasında danışıqlar nəticəsiz qalıb

Qətərin vasitəçiliyi ilə ABŞ və İran arasında diplomatik irəliləyişə nail olmaq üçün bu həftə aparılan danışıqlar nəticə verməyib.

Gunaz.tv

Bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.

Portalın mənbələrinin bildirdiyinə görə, tərəflərdən heç biri güzəştə getməyə hazır olmadığı üçün danışıqlar dalana dirənib. Mənbələr hesab edirlər ki, əhəmiyyətli irəliləyişin olmaması tərəflərin hərbi əməliyyatları bərpa etməsi riskini artıra bilər.

“Axios”un məlumatına görə, Qətər rəsmiləri diplomatik həll istiqamətində səylərini davam etdirmək niyyətindədirlər.

Sentyabrın 28-də tərəflər Qətərin İran üzərindən blokadanın götürülməsi və Tehranın nüvə məsələsində müəyyən güzəştlərə getməsini nəzərdə tutan kompromis təklifini müzakirə ediblər. Görüşdə ABŞ vitse-prezidenti Cey Di Vens də iştirak edib.

Portalın mənbəsi danışıqlarda ciddi irəliləyişin qeydə alınmadığını bildirib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar