SON XƏBƏRLƏR

BAYKAR şirkətinin Azərbaycanda hazırlanan KASIRGA PUA-sı ilk dəfə görüntüləndi

2026.09.30, 14:14
BAYKAR şirkətinin Azərbaycanda hazırlanan KASIRGA PUA-sı ilk dəfə görüntüləndi

Türkiyənin BAYKAR şirkətinin Azərbaycandakı şirkəti “Bayraktar Teknoloji” tərəfindən hazırlanan KASIRGA şaquli qalxışlı kamikaze pilotsuz uçuş aparatı (PUA) ilk dəfə görüntülənib.

Gunaz.tv

 KASIRGA bu gün Bakıda keçirilən ADEX 2026-da ilk dəfə təqdim olunur. Onun maksimum qalxış kütləsi 33 kiloqramdır. Şaquli qalxıb-endiyinə görə uçuş-enmə zolağı tələb etmir. İdarəetməsi avtonom uçuş, vizual mövqeləndirmə, sensor məlumatlarının sintezinə əsaslanır.

PUA kamikadze rejimində olanda hədəfi müəyyən edir və üzərinə dalış edərək 5 kq döyüş başlığı ilə onu məhv edir. Kəşfiyyat-müşahidə rejimində isə EO kamera ilə kəşfiyyat aparır və missiyadan sonra bazaya qayıda bilir. Bu baxımdan, adi birdəfəlik kamikadze dronundan daha funksional aparatdır.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar