SON XƏBƏRLƏR

Rusiyanın Ukraynaya yeni hücumlarında azı üç nəfər ölüb

2026.09.30, 20:36
Rusiyanın Ukraynaya yeni hücumlarında azı üç nəfər ölüb

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Rusiyanın Kiyev və ətraf bölgələrə raket və dron hücumları nəticəsində azı üç nəfər, o cümlədən bir uşaq həlak olub, bir neçə nəfər isə yaralanıb.

Ukrayna rəsmiləri bildiriblər ki, Rusiyanın paytaxta gecə hücumlarında iki nəfər ölüb, dörd nəfər yaralanıb. Kiyev vilayətində isə bir uşağın meyiti dağıntılar altından çıxarılıb.

Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın bu hücumlarda bir neçə ballistik raket və 188 drondan istifadə etdiyini və əsas hədəfin Kiyev vilayəti olduğunu açıqlayıb. Bölgədə yaşayış evlərinə, avtomobillərə, anbarlara və infrastruktur obyektlərinə ziyan dəyib, bir neçə yanğın hadisəsi qeydə alınıb.

Rusiya Müdafiə Nazirliyi isə bildirib ki, Rusiya qüvvələri uzaqmənzilli silahlar və hücum dronlarından istifadə etməklə Kiyev və ətraf bölgələrdə hərbi istehsalla əlaqəli rabitə və enerji infrastrukturunu hədəfə alıb.

Kiyev şəhər hərbi administrasiyasının məlumatına görə, son bir həftə ərzində Rusiyanın şəhərə hücumları nəticəsində 12 nəfər ölüb, təxminən 200 nəfər yaralanıb.

Hücumlar Rusiya ilə Ukrayna arasında müharibənin başa çatdırılması məqsədilə danışıqların irəlilədilməsi istiqamətində diplomatik səylərin davam etdiyi bir vaxtda baş verir.

 

Gunaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar