SON XƏBƏRLƏR

İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset

2026.10.01, 11:00
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset

ABŞ qüvvələri İran rejiminin hərbi imkanlarının əsas hissələrini məhv edib və İslam Respublikasının nüvə ambisiyalarına zərbə vurub.

Gunaz.tv

Bunu Virciniya ştatındakı Quantico Dəniz Piyadaları Bazasında qoşunlarla görüşən ABŞ müdafiə naziri Pit Heqset deyib.

"Amerikalılar və onların müttəfiqləri İran donanmasını, İran hava qüvvələrini, müdafiə sistemini, rəhbərliyini, hərbi-sənaye potensialını, bütün müdafiə sektorunu məhv ediblər",- o bildirib.

Heqset deyib ki, ABŞ qüvvələri İranın heç vaxt nüvə silahı əldə etməməsini təmin edəcək:

"İran rejiminin ənənəvi qalxanı iflasa uğrayıb və onların nüvə ambisiyaları iflasa uğrayıb və bu bütün dünyaya məlum olub".

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar