SON XƏBƏRLƏR

Türkiyə Suriya və İranın proksi qüvvələri arasında gizli görüşə ev sahibliyi edib

2026.10.01, 19:31
Türkiyə Suriya və İranın proksi qüvvələri arasında gizli görüşə ev sahibliyi edib

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Suriyanın yeni hökumətinin rəsmiləri ilə Livanın Hizbullah təşkilatının nümayəndələri ötən ay Türkiyədə bu ölkənin təhlükəsizlik və kəşfiyyat qurumlarının dəvəti ilə gizli görüş keçiriblər.

Görüş yekun razılaşma ilə nəticələnməyib. Reuters-in məlumatına görə, Hizbullah İran rəsmilərinin məlumatı əsasında görüşdə iştirak edib, lakin İranın danışıqlarda birbaşa iştirak etməməsindən narazı olduğu bildirilib.

Reuters altı məlumatlı mənbəyə istinadən yazıb ki, görüşdə Hizbullah nümayəndələri ilə Suriyanın kəşfiyyat qurumunun və Xarici İşlər Nazirliyinin rəsmiləri gərginliyin azaldılması və təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Bu, Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyanın yeni hökuməti ilə Hizbullah arasında keçirildiyi açıqlanan ilk birbaşa görüşdür.

Məlumata görə, Dəməşq Hizbullaha Livanda bu qrupun tərksilah edilməsi üçün hərbi müdaxiləyə əl atmayacağına dair təminat verib. Bunun qarşılığında Suriyanın yeni hökuməti Hizbullahdan Suriya-Livan sərhədində qaçaqmalçılığın qarşısının alınması ilə əməkdaşlıq etməyi və Suriyada, xüsusilə ölkənin cənubunda qalan silahlı hücrələrini ləğv etməyi istəyib.

 

Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar