SON XƏBƏRLƏR

Neftin qiyməti düşdü

2026.10.01, 20:39
Neftin qiyməti düşdü

Gunaz.tv

“Günaz TV”nin məlumatına görə, dünya bazarlarında neftin qiymətində eniş davam edib. Brent markalı neftin qiyməti cümə axşamı 1,1 faiz azalaraq bir barel üçün 96 dollar 92 sentə düşüb.

Neftin ucuzlaşması Ərəb körfəzi regionundan neft ixracının yenidən artması və bazarda təchizat çatışmazlığı ilə bağlı narahatlıqların azalması barədə məlumatların yayılmasından sonra başlayıb.

Goldman Sachs-ın hesablamalarına görə, region ölkələrinin neft ixracı ötən həftə sutkada təxminən 23,3 milyon barelə çatıb və 2025-ci ilin orta göstəricisinə yaxınlaşıb.

ABŞ-ın Qərbi Texas markalı nefti (WTI) isə 1,4 faiz ucuzlaşaraq bir barel üçün 89 dollar 18 sentə düşüb.

Bununla belə, Brent neftinin qiyməti son enişə baxmayaraq, İran-ABŞ arasında 40 günlük müharibə başlamazdan əvvəlki səviyyədən hələ də təxminən 37 faiz yüksəkdir.

 

Günaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar