SON XƏBƏRLƏR

Tramp: İsrailə uçan təyyarəyə qarşı terror cəhdinin arxasında İran dayanırsa, ölkə “çox ağır” zərbə alacaq

2026.10.02, 14:48
Tramp: İsrailə uçan təyyarəyə qarşı terror cəhdinin arxasında İran dayanırsa, ölkə “çox ağır” zərbə alacaq

ABŞ Prezidenti Donald Tramp cümə axşamı bildirib ki, İsrailə uçan təyyarəni qəzaya uğratmağa cəhd edən köməkçi pilotun İranla əlaqəsi olduğu müəyyənləşərsə, 180-dən çox sərnişinin həyatına təhlükə yaradan bu cəhdə görə İrana “çox ağır” zərbə endiriləcək.

Gunaz.tv

Ağ Evdə jurnalistlər Trampdan hücumun arxasında olduğu bildirilən pilotla Tehran arasında hər hansı əlaqə barədə ona məlumat verilib-verilmədiyini soruşublar. Tramp isə “Hazırda bunun üzərində işləyirik” deyib.

“Eşitdiklərimə əsasən, cavabın ‘hə’ olduğunu deyərdim, amma hazırda bunun üzərində işləyirik”, – Tramp bildirib. O, İranın hadisədə əli ola biləcəyindən niyə şübhələndiyini açıqlamayıb.

Jurnalistlərdən biri hücumun arxasında İranın olduğu müəyyənləşərsə, ABŞ-ın Tehrana qarşı cavab tədbiri görüb-görməyəcəyini soruşub.

“Onlara zərbə endiriləcək, çox ağır zərbə. Narahat olmayın”, – Tramp cavab verib.


C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar