SON XƏBƏRLƏR

Sistan və Bəlucistanda silahlı qarşıdurma olub

2026.10.02, 14:56
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub

Bu gün səhər saatlarında SEPAH qüvvələri Sistan və Bəlucistan əyalətinin Rask şəhərinin Şoşgim və Bild kəndlərində əməliyyat keçiriblər.

Gunaz.tv

Bu haqda "Təsnim" məlumat yayıb.

Əməliyyatın "terror qruplaşması üzvlərinə" qarşı keçirildiyi bildirilib.

Yerli mənbələrin bildirdiyinə və hadisə yerindən yayılan görüntülərə görə, SEPAH əməliyyat zamanı ağır çaplı silahlardan istifadə edib.

Bununla eyni vaxtda əyalətin Taftan rayonunun Nukabad şəhərində də silahlı qarşıdurma olub.

Naməlum silahlı şəxslərin şəhərin Kəşfiyyat İdarəsinin binasına hücum etdikləri bildirilib.

İnsan tələfatı barədə açıqlama verilməyib və hələlik heç bir qrup hücumun məsuliyyətini öz üzərinə götürməyib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar