SON XƏBƏRLƏR

XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir

2026.10.03, 10:05
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir

Azərbaycan qardaş türk dövlətləri ilə birlikdə Türk dünyasının birliyinin möhkəmləndirilməsi, əməkdaşlığın genişləndirilməsi və ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir.

Gunaz.tv

Bu fikir Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Türk Dövlətlərinin Əməkdaşlıq Günü ilə bağlı "X" sosial media hesabındakı paylaşımında qeyd olunub.

"3 oktyabr – Türk Dövlətlərinin Əməkdaşlıq Günü kimi qeyd olunur. Naxçıvan Sazişi ilə əsası qoyulan Türk Dövlətləri Təşkilatı ortaq kök, dil, tarix və mədəni dəyərlərlə bir-birinə bağlı olan türk dövlətləri arasında həmrəyliyin və strateji tərəfdaşlığın rəmzidir. Azərbaycan qardaş türk dövlətləri ilə birlikdə Türk dünyasının birliyinin möhkəmləndirilməsi, əməkdaşlığın genişləndirilməsi və ortaq gələcəyimizin daha da gücləndirilməsinə sadiqdir. Birliyimiz gücümüz, həmrəyliyimiz gələcəyimizdir!"

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar