SON XƏBƏRLƏR

Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq

2026.10.03, 11:50
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq

Ortaq tariximizdən, dilimizdən və köklü qardaşlıq bağlarımızdan aldığımız güclə Türk dövlətlərinin malik olduğu insan, iqtisadi və strateji potensialı ümumi rifahımıza çevirməyə, əməkdaşlığımızı və inteqrasiyamızı daha yüksək səviyyələrə çatdırmağa qərarlıyıq.

Gunaz.tv

Bu fikir Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial media hesabındakı paylaşımda qeyd olunub.

"Türk Dövlətləri Təşkilatının təməlini qoyan Naxçıvan Sazişinin 17-ci ildönümündə Türk Dövlətləri Əməkdaşlıq Gününü qürur və coşqu ilə qeyd edirik!

Ortaq tariximizdən, dilimizdən və köklü qardaşlıq bağlarımızdan aldığımız güclə Türk dövlətlərinin malik olduğu insan, iqtisadi və strateji potensialı ümumi rifahımıza çevirməyə, əməkdaşlığımızı və inteqrasiyamızı daha yüksək səviyyələrə çatdırmağa qərarlıyıq.

Türk Əsrini birlik və həmrəylik içində qururuq", - paylaşımda qeyd olunub.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar