SON XƏBƏRLƏR

Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub

2026.10.03, 17:45
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub

Gunaz.tv

ABŞ Prezidenti Donald Tramp yeni açıqlamasında bildirib ki, ötən il ABŞ-ın “Gecəyarısı çəkici” əməliyyatı zamanı hədəfə alınan İranın nüvə obyektləri eyni zamanda “narkotik istehsalı zavodları” olub.

Tramp cümə axşamı gecə Oklahomada keçirilən seçki mitinqində “Gecəyarısı çəkici” əməliyyatının təfərrüatlarını danışarkən deyib ki, ABŞ bombardmançıları onun sözlərinə görə, həm nüvə, həm də narkotiklərlə bağlı fəaliyyətin həyata keçirildiyi obyektlərə zərbələr endirib.

O, mitinqdə deyib: “Onlar nüvə və narkotik obyektləri idi. Onlar narkotik istehsal edirdilər, amma eyni zamanda nüvə işi də görürdülər.”

Tramp daha sonra B-2 bombardmançılarına istinad edərək əlavə edib ki, bu təyyarələr bombalarını birbaşa həmin obyektlərin üzərinə atıblar.

 

Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar