SON XƏBƏRLƏR

“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır

2026.10.03, 19:40
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır

Gunaz.tv

“Wall Street Journal”ın ABŞ rəsmilərinə istinadən yaydığı xəbərə görə, ABŞ Prezidenti Donald Tramp köməkçilərinə noyabr ayında keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı hava hücumlarının bərpa olunacağını gözlədiyini bildirib.

Məlumata görə, bununla paralel olaraq Pentaqon Yaxın Şərqə əlavə hərbi qüvvə və texnika göndərir. Bu addım bölgədəki ABŞ qüvvələrinin sayına daha 9-10 min hərbçinin əlavə olunması ilə nəticələnə bilər.

“USS Theodore Roosevelt” təyyarədaşıyan gəmisinin zərbə qrupu, həmçinin “USS Makin Island” amfibiya hücum gəmisi və onun dəniz piyadaları qrupu Yaxın Şərqə doğru yola çıxıb. Məlumata görə, bu qüvvələrin noyabrın sonunadək bölgəyə çatması gözlənilir.

“USS George Washington” gəmisinin “Theodore Roosevelt”in bölgəyə çatmasına qədər Yaxın Şərqdə qalacağı təqdirdə, ABŞ-ın bölgədəki təyyarədaşıyan gəmi zərbə qruplarının sayı üçə çatacaq. Bu, apreldən bəri ilk dəfə baş verə bilər.

Bununla belə, “Wall Street Journal” hücumların vaxtı və miqyasının hələ də dəqiq olmadığını, Trampın mövqeyinin qarşıdakı həftələrdə dəyişə biləcəyini də bildirib.

 

Gunaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar