SON XƏBƏRLƏR

ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb

2026.10.04, 08:00
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb

Gunaz.tv

ABŞ BMT Baş Assambleyasındakı İran nümayəndə heyətinin iki üzvünü ölkəni tərk etmək barədə verilən göstərişə əməl etmədikləri üçün ölkədən çıxarıb.

“Axios”un məlumatına görə, ABŞ rəsmisi bildirib ki, ABŞ Dövlət Departamenti BMT Baş Assambleyasının başa çatmasından sonra İran nümayəndə heyətindən ölkə ərazisini tərk etməyi tələb edib. Lakin iki diplomat Nyu-Yorkda qalmağa davam edib.

Məlumata görə, bu şəxslərdən biri cümə günü axşam, digəri isə şənbə günü səhər ABŞ-ı tərk edib. ABŞ rəsmisi həmçinin bildirib ki, ABŞ dövlət katibi Marko Rubio bu məsələdə ciddi mövqe tutub.

Bununla belə, İran rəsmiləri ABŞ-ın bu iki şəxsin ölkədən çıxarıldığı barədə məlumatını rədd edərək, onların əvvəlcədən müəyyən edilmiş plana uyğun olaraq ABŞ-dan ayrıldığını bildiriblər.

 

Gunaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar